Donald Tramp demokrat prezidentliyə namizədi təhqir edib
Tarix: 20-02-2020 14:26 | Bölmə: Dünya
Donald Tramp demokrat prezidentliyə namizədi təhqir edib

ABŞ prezidenti Donald Tramp Demokrat Partiyasının prezidentliyə namizədləri arasında televiziya deyişməsində tanınmış iş adamı, Nyu-Yorkun keçmiş meri Maykl Blumberqin çıxışını tənqid edib.

O, bununla bağlı “Twitter” səhifəsində yazıb: “Yəqin ki, Maykl Blumberqin bugünkü çıxışı müzakirələr tarixinin ən bərbad nitqi oldu, orada bəziləri həqiqətən də pisdirlər. O, pəltək, nitqi pozuq, hədsiz naşı idi”.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri bu il noyabrın 3-də keçiriləcək/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}