17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İsraildə erkən parlament seçkiləri keçirilir
Tarix: 02-03-2020 11:39 | Bölmə: Dünya
İsraildə erkən parlament seçkiləri keçirilir

Bu gün İsraildə 23-cü çağırış Knessetə erkən seçkilər keçirilir.

RİA “Novosti” xəbər verir ki, ölkədə 10 840 seçki məntəqəsi fəaliyyət göstərir.

Onların əksəriyyəti yerli vaxtla səhər 07:00-da açılıb və 22:00-dək açıq olacaq. Seçici siyahılarında 6,4 milyondan çox insan var, lakin səs vermək hüququ olan təxminən yarım milyon israilli xaricdə daimi yaşayır və seçkilərdə iştirak etmir.

Qeyd edək ki, bu, son 11 ay ərzində İsrail parlamentinə üçüncü seçkidir. Çünki nə ötən ilin aprelində keçirilən 21-ci çağırış Knessetə, nə də sentyabrda baş tutan 22-ci cağırış Knessetə keçirilən seçkilərdə aparıcı siyasi qüvvələrdən heç biri koalisiya hökuməti qura bilməyib.

Knessetdə 120 deputat təmsil olunur və təxminən, 30-a yaxın siyasi partiya və blok iştirak edir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}