Belçikada koronavirusa yoluxanların sayı 25-ə çatıb
Tarix: 04-03-2020 16:11 | Bölmə: Dünya
Belçikada koronavirusa yoluxanların sayı 25-ə çatıb

Belçikada daha 10 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 25-ə çatıb.

Məlumata görə, yoluxanların sayının artması gözlənilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}