12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
Baş nazir Çini təhdid etdi
Tarix: 17-06-2020 19:12 | Bölmə: Dünya
Baş nazir Çini təhdid etdi

Narendra Modi 20 Hindistan əsgərinin öldürülməsinə cavab olaraq Çini təhdid edib.

Reyting.az
“Reuters”-ə istinadla xəbər verir ki, gərginliyin azaldılması və sərhəd mübahisələrinin həlli üçün danışıqlar aparmaq üçün Pekin və Dehli arasında razılaşma elan olunmasına baxmayaraq, Hindistanın Baş naziri Narendra Modi iki ölkə arasındakı son hərbi toqquşmaya cavab olaraq Hindistanın lazımi şəkildə cavab verəcəyini söyləyib.

Himalay dağlarındakı "həqiqi nəzarət xətti" boyu Hindistan ordusu ilə Çin qoşunları arasında qarşıdurmada ən az 20 hind əsgəri öldürülüb.

Baş nazir Narendra Modi ölkəsinin suverenliyini güzəştə getməyəcəyini vurğulayıb. "Bizim üçün birlik və suverenlik ən vacib şeylərdir. Hindistan sülh istəyir, ancaq təxribata məruz qalarsa, müvafiq cavab vermək qabiliyyətinə malikdir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}