Gürcüstanda parlament seçkilərinin vaxtı açıqlanıb
Tarix: 31-08-2020 15:50 | Bölmə: Dünya
Gürcüstanda parlament seçkilərinin vaxtı açıqlanıb

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb.

“Report”un yerlu bürosu xəbər verir ki, seçkilər ölkə konstitusiyasına uyğun olaraq oktyabrın 31-nə təyin edilib.

Dövlət başçısı ictimaiyyətə müraciət edərək seçkiöncəsi təşviqat kampaniyasının dinc mühitdə keçirilməsinə çağırıb: “Seçkilərə hazırlıq sakit şəraitdə keçməlidir. Bu seçkilərin bizim üçün böyük əhəmiyyəti var. Biz ölkəmizin demokratikliyini sübut edəcəyik”.

Qeyd edək ki, qonşu ölkədə parlamentə builki seçkilər yeni sistem üzrə keçiriləcək. Seçicilər 30 deputatı majoritar, 120-sini isə proporsional sistem üzrə seçəcəklər.




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}