İranlı komandan Azərbaycanla sərhəddə araşdırma aparıb - Foto
Tarix: 21-10-2020 17:33 | Bölmə: Dünya
İranlı komandan Azərbaycanla sərhəddə araşdırma aparıb

İran ordusunun quru qoşunları komandanı Azərbaycan Respublikası ilə həmsərhəd bölgələrə səfər edib.

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, briqada generalı Kəyumərs Heydəri Şərqi Azərbaycan vilayətinin Xudafərin şəhəri yaxınlığındakı ərazilərə baş çəkib.

Ordu komandanını Culfa və Xudafərin valiləri, habelə 321-ci Mobil Mərənd Hücum Briqadasının komandiri və Culfa sərhəd məntəqəsinin rəhbəri müşayiət ediblər.

General Kəyumərs Heydəri sərhədyanı ərazidəki vəziyyəti araşdırıb.

Ermənistanla Azərbaycan arasındakı hərbi qarşıdurmanın başlanğıcından bəri İranın sərhəd bölgələrinə bir neçə dəfə raket və mərmilər düşüb, üstəlik, bir pilotsuz uçuş aparatı qəzaya uğrayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}