Erməni deputat: “Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri var”
Tarix: 11-08-2021 23:31 | Bölmə: Dünya
Erməni deputat: “Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri var”

“Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri var və Azərbaycanın nəzarətində olan Ermənistan əraziləri var”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından millət vəkili, Ərazi İdarəetmə, Yerli Özünüidarəetmə, Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Daimi Komitəsinin rəhbəri vəzifəsinə namizəd Vaqe Qalumyan avqustun 11-də parlamentdə bəyan edib.

V. Qalumyan bildirib ki, SSRİ-nin xəritələrinə görə, Ermənistanın nəzarətində olan Azərbaycan əraziləri var və Azərbaycanın nəzarətində olan Ermənistan əraziləri mövcuddur. “Mən təkcə Ermənistanın Tavuş bölgəsindəki Azərbaycan torpaqlarından deyil, Azərbaycanın nəzarətində olan erməni torpaqlarından da söz açıram”.

Deputat izah edib ki, bu mövzuda ictimai müzakirələr aparmaq mümkün deyil.

"Bugünkü sərhədlər Sovet İttifaqının xəritələrində göstərilənlərə uyğun gəlmir. Bu barədə danışdıq, amma heç vaxt təslim olmaqdan və torpaq mübadiləsindən danışmadım. Mənim belə bir fikrim yoxdur. Gündəlikdə təslim olmaq və ya mübadilə məsələsi yoxdur. Həqiqəti danışmağı heç vaxt yük hesab etməmişəm. Düşünürəm ki, insanlara olan problemlər haqqında həqiqət söylənilməlidir. Sərhəddə yaşayan insanlar bu problemləri tam anlayırlar".

Millət vəkili onu da xatırladıb ki, Nikol Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyasını aparmalı olan bir komissiyanın yaradılmasının zəruriliyindən danışıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər