Etiraf: “Belə getsə, Şimal-Cənub layihəsi Ermənistandan deyil, Azərbaycandan keçəcək”
Tarix: 12-08-2021 00:19 | Bölmə: Dünya
Etiraf: “Belə getsə, Şimal-Cənub layihəsi Ermənistandan deyil, Azərbaycandan keçəcək”

“Türkiyə-Azərbaycan hərəkətləri Ermənistanı Şimal-Cənub layihəsindən sıxışdırmaq məqsədi daşıyır”.

Reyting.az
“Armenian News”a istinadla xəbər verir ki, bunu "Ermənistan" blokundan olan deputat Artur Kazinyan deyib.

"Nəqliyyat-tranzit haqqında danışarkən, Gürcüstanın istədiyimiz marşrut üzrə Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulmağa hazır olub-olmadığını anlamalıyıq. Acarıstana (Türkiyənin orada ciddi təsiri olduğu nəzərə alınmaqla), Poti və ya Gürcüstana yol çəkmək imkanımız olacaqmı, yoxsa Bakıdan bir marşrut üzərində işləməyə üstünlük verəcəyik? Başqa bir məsələ Azərbaycanın Ermənistana ərazi iddialarıdır. Xəritəyə baxsanız, bunlar iki strateji yolla bağlıdır: (İrəvanı Mehri ilə birləşdirən) Tiqranaşen və "Tavşu anklavları" (Ermənistanı Gürcüstanla birləşdirən) ilə əlaqədardır”.

Onun sözlərinə görə, bu layihənin iştirakçısına çevrilmək üçün şiddətli bir mübarizə olduğunu nəzərə alsaq, bütün bunların geniş məqsədləri var.

“Türkiyə-Azərbaycan hərəkətləri Ermənistanın subyektivliyinə ziyan vurmaq və onu dünyanın meqayihələrindən müqavilə bağlayan tərəf kimi geri çəkmək məqsədi daşıyır. Buna görə də bu işə lazımi diqqət yetirmək lazımdır. Əks halda çox gec ola bilər və o zaman heç kim bizimlə danışıqlar aparmaq istəməyəcək və Şimal-Cənub layihəsi Ermənistandan deyil, Azərbaycandan keçəcək", - Kazinyan əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər