İranda koronavirusla bağlı qadağalar tətbiq olunub
Tarix: 14-08-2021 17:00 | Bölmə: Dünya
İranda koronavirusla bağlı qadağalar tətbiq olunub

İran hökuməti koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən əlavə beş günlük istirahət olacağını və əyalətlər arasında hərəkətə qadağa qoyulduğunu açıqlayıb.

TAS xəbər verir ki, bu barədə şənbə günü respublikanın koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahının rəsmi nümayəndəsi Alireza Raisi bildirib.

O vurğulayıb ki, hərəkət məhdudiyyətləri sabahdan başlayaraq şənbə günü səhər saatlarına qədər davam edəcək və bu müddətdə bütün qurumlar, ofislər və banklar fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, avqustun 14-dək İranda 4 389 085 koronavirusa yoluxma halı aşkarlanıb. 97 208 nəfər xəstəlik səbəbindən ölüb. Ümumilikdə 18 581 226 nəfər aşılanıb ki, onlardan 14 767 598 nəfərinə hələlik cəmi bir doza peyvənd vurulub.

İranda yeni yoluxma hallarında artım iyunun əvvəlindən bəri müşahidə olunur. İranın səhiyyə naziri Səid Namaki iyulun 27-də bildirib ki, ölkə koronavirusun beşinci dalğasının pik nöqtəsindədir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər