09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ Kabildən təxliyə işlərini dayandırıb, bir hərbçi yaralanıb
Tarix: 16-08-2021 18:33 | Bölmə: Dünya
ABŞ Kabildən təxliyə işlərini dayandırıb, bir hərbçi yaralanıb

ABŞ Silahlı Qüvvələri Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının uçuş zolağını təmizləmək üçün təxliyə işlərinə fasilə verib.

“Reuters” xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrində adı çəkilməyən mənbə bildirib.

“Al Jazeera” xəbər verir ki, əcnəbi diplomatları daşıyan çoxlu sayda helikopterlərin qalxması, həmçinin yeni “Taliban” iqtidarından canını qurtarmaq üçün ölkəni tərk etmək istəyənlərin buraya toplaşması üzündən paytaxt hava limanının fəaliyyəti iflic olmaq vəziyyətindədir/Report.

Bu arada bəlli olub ki, Əfqanıstanın Kabil hava limanında bir amerikalı hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

CNN xəbər verir ki, bundan əvvəl bu gün səhər saatlarında Həmid Karzay Beynəlxalq Hava Limanında silahlı insidentin baş verdiyi barədə məlumat yayılmışdı.

ABŞ hərbçilərinin atəş açması nəticəsində bir neçə insanın həyatını itirdiyi bildirilirdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər