09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
İranlı ruhani “Taliban”ı təbrik edib
Tarix: 17-08-2021 14:52 | Bölmə: Dünya
İranlı ruhani “Taliban”ı təbrik edib

Əfqanıstanda baş verən son hadisələrdən sonra İran sünnilərinin din xadimi Mövləvi Əbdul Həmid “Taliban” hərəkatını, üləmaları və Əfqanıstanın geniş ictimaiyyətini qələbə münasibətilə təbrik edib.

Reyting.az
“Dideban”a istinadla xəbər verir ki, Əbdül Həmid təbrik mesajında “təcavüzkar işğalçılara və uğursuz və səmərəsiz hökumətə qarşı həqiqət yolunda cihad, şəhidlik və səbrin nəticəsi olan” “Taliban”ın “böyük və diqqətəlayiq qələbəsi, İslam Əmirliyinin yaradılmasına sevindiyini bildirib.

O, “Taliban”ın elan etdiyi ümumi amnistiyasını, illərdir vuruşduqları düşmənləri bağışlamasını Əfqanıstanda qan tökülməsinin qarşısını almasını tərifləyib.

“Həmçinin, qadın hüquqlarına, ləyaqətinə və insan hüquqlarına, fərdi və sosial azadlıqlara, mətbuat azadlığına, konstruktiv ifadə və tənqidlərə riayət və hörmətlə bağlı beynəlxalq birliyin narahatlıqları bu keyfiyyətdə tam şəkildə həll edilə bilər”.

Əbdül Həmidin fikrincə, bugünkü “Taliban” 20 il əvvəlki deyil.

“Biz qonşuyuq və onları daha yaxşı tanıyırıq. Ona görə də hesab edirik ki, “Taliban”a bir şans verilməlidir”.




Bölməyə aid digər xəbərlər