09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ermənistanda su problemi yaranıb
Tarix: 17-08-2021 16:18 | Bölmə: Dünya
Ermənistanda su problemi yaranıb

“Suvarma sistemini qidalandıran çaylarda suyun səviyyəsinin kəskin aşağı düşməsi nəticəsində ümumi su kəsiri 97 milyon kubmetrdən çox olub”.

Reyting.az
“Armenpress”ə istinadla xəbər verir ki, bunu ölkənin Su Komitəsinin sədri Karen Sarkisyan avqustun 17-də Ermənistan parlamentinin növbədənkənar sessiyasında bəyan edib.

O, boşluğu doldurmaq üçün 22.1 milyon kubmetr su istehsalının planlaşdırıldığını, qalan 75 milyon kubmetr suyun Sevandan alınacağını diqqətə çatdırıb.

Komitə sədrinin sözlərinə görə, suvarma mövsümü başlayandan bəri Sevandan təxminən 154 milyon kubmetr su buraxılıb və Arpa-Sevan tuneli ilə gölə 133,8 milyon kubmetr köçürülüb.

Su Komitəsinin rəhbəri izah edib ki, 2021-ci ildə Ermənistanda 12 su anbarının maksimum doldurulması 526,7 milyon kubmetr, keçən ilin maksimum doldurulması ilə müqayisədə, kəsir 140,8 milyon kubmetr idi.

Qeyd edək ki, bu yay bir çox kəndlərin sakinləri suvarma suyunun olmaması ilə əlaqədar etiraz aksiyaları keçiriblər.

İndi mütəxəssislər bir tərəfdən xatırladırlar ki, Baş nazir Nikol Paşinyan müxalifətçi olduğu zaman Sevanda suvarma məqsədləri üçün istifadə olunan suyun həcmini artırmaq üçün əvvəlki hakimiyyət orqanlarını daim tənqid edir, digər tərəfdən də fakta diqqət çəkirlər.

Hökuməti, suvarma mövsümü bitdikdən sonra, bu artımla əlaqədar bir qanun layihəsi təklif edib.




Bölməyə aid digər xəbərlər