Vitse-prezident: "Əfqanıstanda baş verənlər humanitar faciədir"
Tarix: 18-08-2021 11:15 | Bölmə: Dünya
Vitse-prezident: "Əfqanıstanda baş verənlər humanitar faciədir"

Türkiyənin vitse-prezidenti Fuad Oqtay Əfqanıstandakı son vəziyyəti dəyərləndirib.

“Anadolu” xəbər verir ki, o, Əfqanıstanda baş verənləri humanitar faciə adlandırıb.

“Əfqanıstanda yaşanan humanitar faciəni mənbəyində həll etmək yolunda iradəmizi qoruyuruq. Sərhədlərimizdə də ehtimal edilən qaçqın axınlarına qarşı bütün lazımi tədbirləri görürük. Əfqanıstanın sabitliyə qovuşması üçün dövlət başçımızın liderliyi ilə üzərimizə düşəni etməyə davam edirik”, - F.Oqtay bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər