Çavuşoğlu: “Kabil Hava Limanında baş verənlər xaosdur"
Tarix: 18-08-2021 11:55 | Bölmə: Dünya
Çavuşoğlu: “Kabil Hava Limanında baş verənlər xaosdur"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı vəziyyətə münasibət bildirib.

Nazir “Hürriyet” qəzetinə müsahibəsində deyib ki, Kabildəki Həmid Karzay Beynəlxalq Hava Limanında baş verənlər xaosdur: “Biz Kabil aeroportunda hərbi qanaddayıq. Mülki qanadda isə tam bir xaos var. Hazırda vətəndaşlarımızın təxliyəsi işlərinə iki gün ara verilib. Təhlükəsizlik məsələləri həll olunandan sonra işlərə davam edəcəyik”.

Əfqanıstandakı qüvvələrin dinc yolla razılaşmaya gələcəyinə ümidini ifadə edən nazir bunun üçün komissiya yaradıldığını bildirib: “Əfqanıstanda “Taliban”la müzakirələr aparmaq üçün aralarında Həmid Karzay, Abdullah Abdullah və Hikmətyarın da olduğu komissiya qurulub. Bunlar əvvəllər də qruplaşma ilə müzakirələrdə iştirak etmiş insanlardır.”

Mövlud Çavuşoğlu həmçinin ABŞ-ın qoşunlarını Əfqanıstandan çıxarmasına da münasibət bildirib.

“ABŞ-ın ani qərarla plansız şəkildə arxasında xaos buraxaraq Əfqanıstandan çıxması doğru deyil”, - XİN başçısı vurğulayıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər