Əşrəf Qəninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb
Tarix: 18-08-2021 12:55 | Bölmə: Dünya
Əşrəf Qəninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb

Ölkəni tərk etmiş Əfqanıstan Prezidenti Əşrəf Qəninin BƏƏ-də olduğu barədə məlumatlar yayılıb.

Bu iddia ilə “Kabul News” telekanalı çıxış edib.

Bildirilib ki, Ə.Qəni hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərindədir.

Qeyd edək ki, “Taliban” qruplaşmasının Əfqanıstanın paytaxtı Kabili ələ keçirməsindən sonra ölkəsini tərk edən dövlət başçısının Tacikistanda, Omanda olduğu barədə iddialar yayılsa da, təkzib olunmuşdu/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər