Aİ Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 sertifikatlarını tanıyacaq
Tarix: 19-08-2021 16:18 | Bölmə: Dünya
Aİ Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 sertifikatlarını tanıyacaq

Avropa İttifaqı (Aİ) Türkiyə, Şimali Makedoniya və Ukraynanın COVID-19 peyvənd sertifikatlarını tanıyacaq.

Bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə və qonşuluq siyasəti üzrə Komissarı Oliver Varhelyi bildirib.

Onun sözlərinə görə, bu gün Avropa Komissiyası müvafiq qərarı qəbul edib. Belə ki, Türkiyə, Şimali Makedoniya və Ukrayna Aİ-nin Rəqəmsal COVID Sertifikatı Sisteminə qoşulub və bu ölkələrin verdiyi COVID peyvənd sertifikatları Aİ ərazisində qəbul ediləcək. Bu üç ölkə də qarşılıqlı olaraq Aİ ölkələrinin verdiyi peyvənd sertifaktlarını qəbul edəcək.

Qərarlar sabahdan qüvvəyə minir(APA).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər