09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Zəngəzur bölgəsində fermerlər yolu bağlayıblar
Tarix: 20-08-2021 16:19 | Bölmə: Dünya
Zəngəzur bölgəsində fermerlər yolu bağlayıblar

Qərbi Zəngəzur bölgəsində fermerlər yolu bağlayıblar.

“Shamshyan.com” xəbər verir ki, kəndlilər su probleminə etiraz ediblər.

Bildirilib ki, suvarma həyata keçirilə bilmədiyinə görə bitkilər quruyur və məhsul toplamaq olmur.

Üçmüədzin-Əştərək yolunu bağlayan fermerlər polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.(Report)




Bölməyə aid digər xəbərlər