Pentaqon: “Əl Qaida” və İŞİD Əfqanıstandadır
Tarix: 21-08-2021 00:27 | Bölmə: Dünya
Pentaqon: “Əl Qaida” və İŞİD Əfqanıstandadır

“Əl Qaida” və İŞİD terror təşkilatları Əfqanıstanda mövcudluqlarını qoruyub saxlayırlar, lakin onların üzvlərinin sayı Amerikaya məlum deyil.

Bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi deyib.

“Biz bilirik ki, “Əl Qaida” İŞİD kimi Əfqanıstanda mövcuddur. Biz hesab etmirik ki, (onların döyüşçülərinin sayı - red) həddən artıq çoxdur, amma bizdə sizin üçün dəqiq rəqəm yoxdur”, - Pentaqon rəsmisi qeyd edib.

ABŞ Əfqanıstanda amerikalılar barəsində zorakılıq haqqında xəbərlərdən narahatdır. Amerika rəsmiləri “taliblər”ə bunun qəbuledilməz olduğunu bildiriblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər