Eks-prezidentin qardaşı “Taliban”a qoşulub
Tarix: 21-08-2021 11:01 | Bölmə: Dünya
Eks-prezidentin qardaşı “Taliban”a qoşulub

Əşrəf Qəninin qardaşı Həşmət Qəni “Taliban” sıralarına qatılıb.

Reyting.az
“Təsnim”ə istinadla xəbər verir ki, Əfqanıstanın keçmiş prezidentinin qardaşı “Taliban” üzvlərindən olan Xəlil əl-Rəhman Həqqani ilə görüşdə qrupa qoşulduğunu bildirib.

Görüş əsnasında Qəni hərəkata dəstəyini ifadə edib.

Həqqani daha əvvəl keçmiş prezident Həmid Qərzai, Yüksək Barışıq Şurasının sədri Abdullah Abdullah və Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar da daxil olmaqla, bir sıra Əfqanıstan siyasi xadimləri ilə görüşüb.

“Taliban”a yaxın olan bəzi şəxslər Həqqaninin Kabul valisi olacağını qeyd edirlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər