“Taliban”ın beş saytı qapadılıb
Tarix: 21-08-2021 13:05 | Bölmə: Dünya
“Taliban”ın beş saytı qapadılıb

Radikal “Taliban”ın Əfqanıstanda və ondan kənarda təbliğat materialları yaymaq üçün istifadə etdiyi beş sayt birdən-birə əlçatmaz hala gəlib.

Reyting.az
“The Washington Post”a istinadla xəbər verir ki, bunun tam olaraq niyə baş verdiyi bəlli deyil.

Fərqli dillərdə materiallar dərc edən beş saytın hamısı əvvəllər ABŞ-da yerləşən “CloudFlare” şirkətinin xidmətlərindən istifadə edirdi.

Şirkətin nümayəndələri hələ də müvafiq xidmətləri təmin edib-etmədiyini açıqlamayıblar.

“WhatsApp” tətbiqində “Taliban” tərəfindən istifadə edilən bir sıra qrupların da fəaliyyətini dayandırdığını bildirir.

“Taliban”ın “Twitter” hesabları deaktiv edilməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər