Fransa prezidenti Paşinyanla regiondakı vəziyyəti müzakirə edib
Tarix: 21-08-2021 22:24 | Bölmə: Dünya
Fransa prezidenti Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefonla danışıb.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, tərəflər regiondakı vəziyyəti müzakirə edib. Paşinyan Makronun bölgədə uzunmüddətli sülh və sabitlik yaratmağa yönəlmiş səylərini yüksək qiymətləndirib.

Həmsöhbətlər gündəmdəki ikitərəfli məsələləri və bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsi perspektivlərini də müzakirə ediblər.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında son telefon danışığı avqustun 3 -də olub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər