"Taliban": "Əfqanıstanın keçmiş xarici işlər naziri ölkəyə qayıdacaq"
Tarix: 22-08-2021 13:10 | Bölmə: Dünya
"Taliban": "Əfqanıstanın keçmiş xarici işlər naziri ölkəyə qayıdacaq"

Keçmiş Əfqanıstan hökumətinin xarici işlər naziri Məhəmməd Hənif Atmar ölkəyə qayıdacaq.

Bu barədə "Əl-Cəzirə" telekanalı "Taliban" nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hərəkatın nümayəndələri keçmiş xarici işlər naziri Hanif Atmarla əlaqə saxlayıb və o, Əfqanıstana qayıdacaq.

Qeyd edək ki, Hənif Atmar 2020-ci ilin aprelin 4-dən Əfqanıstanın xarici işləri naziri olub və bu ilin avqustun 15-də vəzifə səlahiyyətlərini dayandırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər