XİN başçısı Mövlud Çavuşoğlu Ukraynaya gedib - Fotolar
Tarix: 22-08-2021 15:12 | Bölmə: Dünya
XİN başçısı Mövlud Çavuşoğlu Ukraynaya gedib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya gedib.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirir ki, səfərin məqsədi rəsmi Kiyevin təşəbbüsü ilə keçiriləcək ilk Krım Platforması zirvəsində iştirakdır.

Qeyd edək ki, "Krım Platforması"nın yaradıldığını 2020-ci ilin sentyabrında Ukrayna prezidenti Vladimir Zelenski elan edib. Kiyev forumun məqsədini "Krımın Ukraynaya qaytarılmasına yönələn beynəlxalq səyləri" əlaqələndirməkdə görür.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}