Rusiya Türkiyəyə yenidən “S-400” raketləri göndərəcək
Tarix: 23-08-2021 12:10 | Bölmə: Dünya
Rusiya Türkiyəyə yenidən “S-400” raketləri göndərəcək

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında “S-400” zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər.
[b][/b]
Bu barədə bu gün “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev “Armiya-2021” beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.

“Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq”, - deyə A. Mixeyev qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə “S-400”lərin göndərilməsi ilə bağlı müqavilə bağlayıb.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}