BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”
Tarix: 23-08-2021 12:48 | Bölmə: Dünya
BMT: “Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır”

Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.

TASS xəbər verir ki, bu barədə BMT-nin uşaqlarla bağlı fondu UNICEF-in direktoru Henrietta For tviter səhifəsində yazıb.

Bildirilib ki, UNICEF Əfqanıstanda humanitar yardım fəaliyyətlərini davam etdirir.

“Bizim məqsədimiz Əfqanıstandakı bütün uşaqların hüquqlarının realizasiyası və qorunmasıdır. Bu gün təxminən 10 milyon uşaq humanitar yardıma möhtacdır. 1 milyona yaxın uşaq müalicəsizlikdən ölə bilər”, - qeyd edilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}