Baydenin kobud zarafatı - Prezidentin istefası tələb olundu
Tarix: 26-08-2021 20:49 | Bölmə: Dünya
Baydenin kobud zarafatı - Prezidentin istefası tələb olundu

ABŞ prezidenti Co Bayden jurnalistin Əfqanıstanda qalan Amerika vətəndaşları ilə bağlı sualına cavablandırarkən zarafat edib.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, mətbuat konfransı zamanı Amerika prezidentinə, təxliyə müddəti (31 avqust) bitdikdən sonra amerikalı əsgərlərin “Taliban” nəzarətində olan bir ölkədə qalacağı təqdirdə necə davranacağı ilə bağlı sual verilib. Buna cavab olaraq, Bayden jurnalistə baxaraq gülüb və konfransın video yayımı o anda itib.

Bayden həmin an deyib: "Zəng etdiyim ilk adam sən olacaqsan".

Konqresmen Ronni Cekson prezidentin bu davranışına kəskin reaksiya verib.

O, dövlət başçısını "xəstə" adlandırıb və dərhal istefa verməsini tələb edib.

"Xəstə! 31 avqustdan sonra amerikalılar Əfqanıstanda tələyə düşsəydi nə edəcəyini soruşduqda Bayden, işçiləri səsi söndürərkən gülür. Bu, onun üçün böyük bir zarafatdır. Gülməli deyil! Dərhal istefa verməlidir!" - deyə konqresmen “Twitter”-də yazıb.

Əfqanıstanda vəziyyət radikal “Taliban” hərəkatının yaraqlıları avqustun 15-də ölkədə və paytaxt Kabildə hakimiyyəti ələ keçirdiklərini elan etdikdən sonra gərginləşib. Bundan sonra minlərlə vətəndaş ölkəni tərk etməyə çalışıb. Bəziləri qaçmağı bacarıb, amma bir çox Əfqanıstan vətəndaşı hava limanında sıxışmada ölüb.

Daha sonra, 24 avqustda, “Taliban” sözçüsü Zəbihullah Mücahid amerikalıların Əfqanıstanı yalnız 31 avqusta qədər tərk edə biləcəyini söyləyib, çünki bundan sonra ölkədən çıxış bağlanacaq və bütün təxliyə əməliyyatları dayandırılacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər