Fransa XİN: “Yeni hökumətdə “Taliban”dan fərqli qüvvələr də olacağına ümid edirik”
Tarix: 27-08-2021 11:44 | Bölmə: Dünya
Fransa XİN: “Yeni hökumətdə “Taliban”dan fərqli qüvvələr də olacağına ümid edirik”

“Ümid edirik ki, yeni hökumətdə “Taliban”dan fərqli qüvvələr də olacaq”.

Bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmisi Kleman Bon söyləyib.

“Biz Əfqanıstanda elə bir hökumətin qurulacağına ümid edirik ki, onun tərkibində “Taliban”la yanaşı digər qüvvələr də təmsil olunacaq”, - K.Bon bildirib.

O, Fransanın “Taliban” hakimiyyətini tanıması məsələsinin olmadığını əlavə edib: “Biz onları keçmişdən yaxşı tanıyırıq”.

Bildirilib ki, Əfqanıstanın sərhədləri bağlı olduğu müddətdə Fransa bu ölkədən Avropaya qaçqın axınları olacağını gözləmir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər