Ərdoğan: “Taliban” bizə Kabil hava limanının fəaliyyətini təmin etməyi təklif edib"
Tarix: 27-08-2021 11:55 | Bölmə: Dünya
Ərdoğan: “Taliban” bizə Kabil hava limanının fəaliyyətini təmin etməyi təklif edib"

“Dünən Kabildə törədilən fəlakəti, terror hücumunu millət olaraq qınayırıq. Fəlakətlə bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb. Bu, bölgədə və dünyada necə təhlükəli bir təşkilat olduğunu göstərir”.

Reyting.az 
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfəri zamanı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, hazırda  Türkiyə sülhməramlılarının Əfqanıstandan təxliyəsi davam edir: “Təxliyələri ən qısa və sürətli şəkildə tamamlayacağıq”.

Ərdoğan “Taliban”la müzakirələrin da olduğunu deyib: "Səfirliyimizdə "Taliban"la 3,5 saat davam edən bir görüş keçirilib. “Taliban” bizə Kabil hava limanının fəaliyyətini təmin etməyi təklif edib. Bu mövzuda hələ qərar verməmişik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}