Qazaxıstanda matəm elan olunub
Tarix: 28-08-2021 10:55 | Bölmə: Dünya
Qazaxıstanda matəm elan olunub

Qazaxıstanın Jambıl bölgəsində hərbi hissədə baş vermiş partlayışla əlaqədar matəm elan edilib.

“RİA Novosti” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq qərar imzalayıb.

Bildirilib ki, 29 avqust tarixi matəm günü elan olunub.

Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissədə silah-sursat anbarında baş vermiş partlayış nəticəsində 12 nəfər həyatını itirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}