Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında toqquşma olub
Tarix: 30-08-2021 23:56 | Bölmə: Dünya
Pəncşirdə "Taliban"la müqavimət qüvvələri arasında toqquşma olub

Əfqanıstanın Pəncşir əyalətində "Taliban" hərəkatının nümayəndələri ilə müqavimət qüvvələri arasında toqquşma olub.

Bu barədə "TOLO News"a istinadən xəbər verir ki, müqavimət qüvvələri "Taliban"ın hücumunu dəf edə bilib.

Bir gün əvvəl "Taliban" müqavimət qüvvələrinin nəzarətində olan Pəncşir əyalətinə yüzlərlə döyüşçü göndərdiyini elan edib.

Ötən gün "Taliban" Pəncşirdə müqavimət qüvvələrinin mühasirəyə alındığını bəyan edib/Report.




Bölməyə aid digər xəbərlər