Gürcüstanda ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətin müddəti uzadılıb
Tarix: 31-08-2021 13:23 | Bölmə: Dünya
Gürcüstanda ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyətin müddəti uzadılıb

Gürcüstanda ictimai nəqliyyatın işinə tətbiq olunan məhdudiyyətin müddəti sentyabrın 13-dək uzadılıb.

Bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərar epidemioloji vəziyyətin təhlilindən sonra qəbul olunub.

Qeyd edək ki, qonşu ölkədə metro və sərnişin avtobusları avqustun 14-dən fəaliyyət göstərmir. Müvafiq qərar sentyabrın 4-dək qüvvədə qalmalı idi/Report.




Bölməyə aid digər xəbərlər