Əfqanıstandan çıxarılan ABŞ diplomatları Qətərdə işləyəcək
Tarix: 31-08-2021 13:31 | Bölmə: Dünya
Əfqanıstandan çıxarılan ABŞ diplomatları Qətərdə işləyəcək

ABŞ Kabildə diplomatik iştirakını dayandırıb və bundan sonra Əfqanıstan istiqamətində fəaliyyətini Qətərin paytaxtı Dohadan həyata keçirəcək.

Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken məlumat verib.

O, həmçinin “belə bir çox mürəkkəb dövrdə son dərəcə cəsur iş görmüş” ABŞ-ın Əfqanıstandakı səfiri vəzifəsini icra etmiş Ross Uilsona minnətdarlığını bildirib.

Bundan sonra R.Uilsonun vəzifəsini onun müavini Yan MakKeri tutacaq.

ABŞ-lıların və onlarla əməkdaşlıq etmiş əfqanların və digər ölkə vətəndaşlarının Əfqanıstandan çıxarılması əməliyyatlarına rəhbərlik ABŞ-ın bu ölkədəki sabiq səfiri Con Bassa tapşırılıb. O, təxliyə əməliyyatına nəzarət etmək üçün Kabilə qayıdıb/Report.




Bölməyə aid digər xəbərlər