Pəncşirdə döyüşlər yenidən şiddətlənib
Tarix: 31-08-2021 18:49 | Bölmə: Dünya
Pəncşirdə döyüşlər yenidən şiddətlənib

Əfqanıstanın Pəncşir əyalətində "Taliban" silahlıları ilə müqavimət qüvvələri arasında qarşıdurmalar yenidən başlayıb.

Müqavimət qüvvələrinin komandirinin sözlərinə görə, yüzlərlə "talib" yaralanıb və öldürülüb.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, Pəncşirə gedən Havak keçidi bölgəsində şiddətli döyüşlər davam edir.

Müqavimət cəbhəsinin sözçüsü Ali Maisam Nazari razılaşmanın "Taliban" tərəfindən pozulduğunu bildirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}