“Taliban” və Pəncşir müqavimət qüvvələri arasında danışıqlar uğursuz olub
Tarix: 01-09-2021 15:54 | Bölmə: Dünya
“Taliban” və Pəncşir müqavimət qüvvələri arasında danışıqlar uğursuz olub

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı ilə Pəncşir əyalətinin müqavimət qüvvələri arasında danışıqlar nəticəsiz olub.

TASS xəbər verir ki, bu barədə “Taliban”ın nümayəndəsi Əmir Xan Möttəkiyə istinad edən “TOLOnews” telekanalı məlumat yayıb.

Müqavimət qüvvələrinin nümayəndələri bu məlumatı şərh etməyiblər.

Xatırladaq ki, ötən həftə Milli Müqavimət Cəbhəsi ilə “Taliban” arasında ilk birbaşa danışıqlar baş tutmuşdu.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}