Akar: “Yaxın gələcəkdə milli qırıcı təyyarəmizi istehsal edəcəyik”
Tarix: 02-09-2021 11:47 | Bölmə: Dünya
Akar: “Yaxın gələcəkdə milli qırıcı təyyarəmizi istehsal edəcəyik”

“Yaxın gələcəkdə milli qırıcı təyyarəmizi istehsal edəcəyik”.

“Anadolu” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

“Sursatımızı, helikopterimizi, PUA-larımızı özümüz düzəldirik, emal və ixrac edirik. İnşallah, yaxın gələcəkdə milli qırıcı təyyarəmizi də istehsal edəcəyik və hər hansı şəkildə xaricdən asılılıqdan qurtulacağıq. Yüksək texnologiyaya söykənən müdafiə sənayemizdə yerlilik və millilik səviyyəmizi daha da yüksəldərək millətimizin təhlükəsizliyini öz silah-sursatımızla qoruyacaq hala gələcəyik”, - o, qeyd edib/Report.

Akar deyib ki, ən önəmli vəzifəmiz terrorla mübarizədir: “Ölkəmizin və millətimizin birliyi, bütövlüyü, suverenliyi və müstəqilliyi, xalqımızın və sərhədlərimizin təhlükəsizliyi üçün sonuna qədər mübarizə aparacağıq. Ən önəmli vəzifəmiz terrorla mübarizədir. Terrorçu haradadırsa, hədəfimiz oradır. Ən son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyik. Millətimizi terror bəlasından xilas edəcəyik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər