ÜST İrana 1,5 milyon doza vaksin göndərib
Tarix: 02-09-2021 12:20 | Bölmə: Dünya
ÜST İrana 1,5 milyon doza vaksin göndərib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVAX proqramı çərçivəsində İrana 1,5 milyon doza vaksin verib.

Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və İsveçin birgə istehsal etdiyi “AstraZeneca” vaksinlərindən 1 milyon 495 min doza İranın Səhiyyə Nazirliyinə təhvil verilib.

Vaksin partiyası Qətər Hava Yolları vasitəsilə İrana çatdırılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər