Borrel: "Avropa İttifaqının müdafiə sisteminin yaradılmasına zərurət var"
Tarix: 02-09-2021 12:37 | Bölmə: Dünya
Borrel: "Avropa İttifaqının müdafiə sisteminin yaradılmasına zərurət var"

"ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı vəziyyətdən sonra Avropa İttifaqının (Aİ) şəxsi müdafiə sisteminin yaradılması zərurəti ortaya çıxdı".


TASS xəbər verir ki, bunu Aİ-nin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sloveniyaya gələn təşkilatın xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel bildirib.

O deyib ki, Əfqanıstanda baş verən tarixi hadisələr bizi “Aİ-nin strateji kompası” adlı təhlükəsizlik konsepsiyasının işləyib hazırlamağa məcbur etdi: "Bu konsepsiyanın yekun layihəsi oktyabr-noyabr aylarında təqdim ediləcək"/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər