Ermənistanın dövlət borcu artıb
Tarix: 02-09-2021 16:23 | Bölmə: Dünya
Ermənistanın dövlət borcu artıb

Ermənistanın İqtisadiyyat Nazirliyi ölkənin dövlət borcu barədə hesabat yayıb. Hesabatda bildirilir ki, 2021-ci il sentyabrın 1-nə dövlət borcu 8,9 milyard dollara çatıb. Bunun 6,6 milyard dolları xarici borc, 2,3 milyard dolları daxili borcdur.

Statistikaya əsasən, 2010-cu ilin əvvəlinə Ermənistanın dövlət borcu 2,9 milyard dollar, 2015-ci ilin əvvəlinə 4 milyard dollar, 2020-ci ilin əvvəlinə 6,8 milyard dollar, 2021-ci ilin əvvəlinə 8,1 milyard dollar olub.

Azərbaycanın Maliyyə Nazirliyi 1 iyul 2021-ci ilə ölkənin xarici borcunu 8 milyard 603,4 milyon dollar göstərib.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər