Çavuşoğlu: "Əfqanıstanda sabitliyin təmin olunmasını istəyirik"
Tarix: 02-09-2021 16:37 | Bölmə: Dünya
Çavuşoğlu: "Əfqanıstanda sabitliyin təmin olunmasını istəyirik"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu niderlandlı həmkarı Siqrid Kaaq ilə görüşüb.

Məlumata görə, görüş Niderland XİN başçısının Türkiyəyə səfəri çərçivəsində gerçəkləşdirilib.

Tərəflər daha sonra birgə mətbuat konfransı keçiriblər.

"Əfqanıstanda sabitliyin təmin olunmasını istəyirik. Böhranın dərinləşməsini arzu etmirik. Belə bir risk qarşısında nələr edə biləcəyimizi dəyərləndirdik. Xüsusilə miqrant dalğası mövzusunda beynəlxalq birlik birgə hərəkət etməlidir. Tranzit ölkələrdə, Əfqanıstanın qonşu ölkələrində nələrin edilməli olduğunu müzakirə edirik", - Çavuşoğlu qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}