XİN başçısı: “Avropa İttifaqı öhdəliklərini yerinə yetirmədi”
Tarix: 02-09-2021 16:54 | Bölmə: Dünya
XİN başçısı: “Avropa İttifaqı öhdəliklərini yerinə yetirmədi”

“Avropa İttifaqı öhdəliklərini yerinə yetirmədi”.

Bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu niderlandlı həmkarı Siqrid Kaaqla keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı söyləyib.

“Avropa İttifaqı öhdəliklərini yerinə yetirmədi. Razılaşmanı yeniləməliyik. Miqrantlarla bağlı razılaşmanın yenilənməsi ilə bağlı düşüncələrimizi və məsləhətlərimizi onlara çatdırmışıq. Üstündən 1 il keçməsinə baxmayaraq, bizə cavab verilməyib. İsrarla yenilənməli olduğunu deyəndə Avropa İttifaqı təktərəfli qərar verdi. “İstədiyim kimi qərar verərəm, bir az pul verim, Türkiyə qaçqınları saxlasın” anlayışı işləməz. Belə bir təklifi qəbul etmərik. Müvəqqəti də olsa, qəbul etmərik”, - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər