Türkiyənin təhsil naziri: "Sentyabrın 6-dan fasiləsiz əyani təhsilə başlanılacaq"
Tarix: 02-09-2021 22:54 | Bölmə: Dünya
Türkiyənin təhsil naziri: "Sentyabrın 6-dan fasiləsiz əyani təhsilə başlanılacaq"

"Məktəbəqədər hazırlıq və birinci siniflər üçün dərslər iki gündür problemsiz şəkildə davam edir, sentyabrın 6-dan isə həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq".

Bunu Türkiyənin təhsil naziri Mahmut Özər Türkiyənin səhiyyə naziri, Ali Təhsil Şurası və Elmi Şura ilə birgə keçirilən iclasdan sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, məktəblərdə görüləcək tədbirlərlə bağlı plan Türkiyənin bütün valiliklərinə göndərilib: "Məktəblərimiz ilk açılan və son bağlanan müəssisələr olmalıdır".

M.Özər deyib ki, onlayn təhsil sistemi nə qədər uğurlu olsa da, əyani təhsildən keyfiyyətli olmadığına görə məktəblərdə əyani təhsilin davamı üçün müvafiq tədbirlər görülüb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər