Çavuşoğlu: “Kabil aeroportunun fəaliyyətini təmin etmək üçün ABŞ və Qətərlə işləyirik”
Tarix: 07-09-2021 11:37 | Bölmə: Dünya
Çavuşoğlu: “Kabil aeroportunun fəaliyyətini təmin etmək üçün ABŞ və Qətərlə işləyirik”

“Kabil aeroportunun fəaliyyətini təmin etmək üçün ABŞ və Qətərlə əməkdaşlıq edirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində söyləyib.

“19 texniki personalımız Kabil hava limanındadır. Ən önəmli məsələ təhlükəsizlikdir. Həm hava limanının içində, həm xaricində. “Taliban” təhlükəsizliyi təmin edə biləcəyini düşünür. Amma daxildə bunu edə bilməz. Hazırda aeroport texniki uçuşların və humanitar yardımların çatdırılması üçün uçuşlara açılıb. Bəzi daxili uçuşlar da var. Biz vətəndaşlarımızı təxliyə etmişik. Əfqanıstanda İŞİD var. Orada çoxlu sayda İŞİD-çi var. Bunun ən böyük səbəbkarı Suriyanın şimalında guya İŞİD-lə mübarizə aparmaq adı altında çalışanlardır”, - o qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər