Putin: “Əfqanıstandakı vəziyyətin regional təhlükəsizliyə necə təsir edəcəyi məlum deyil”
Tarix: 09-09-2021 17:27 | Bölmə: Dünya
Putin: “Əfqanıstandakı vəziyyətin regional təhlükəsizliyə necə təsir edəcəyi məlum deyil”

Rusiya Prezidenti Vladimir Putin Əfqanıstandakı vəziyyətin regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyinin hələ məlum olmadığını bildirib.

Bu barədə Vladimir Putin “BRİCS” ölkələri liderlərinin onlayn formatda keçirilən sammitində çıxışı zamanı bildirib.

“ABŞ və müttəfiqlərinin Əfqanıstandan çıxması yeni böhrana gətirib çıxardı, əvvəlki kimi bunun regional və qlobal təhlükəsizliyə necə təsir edəcəyi naməlum olaraq qalır”, - deyə V. Putin qeyd edib.

O vurğulayıb ki, kənardan xarici dəyərlərin Əfqanıstanda tətbiq edilməsinə məsuliyyətsiz cəhdlər edilib və bunun nəticəsində yeni böhran dalğası yaranıb. Rusiya dövlət başçısı onu da qeyd edib ki, bu prosesin fonunda Əfqanıstanın tarixi xüsusiyyətləri, eləcə də insanların riayət elədikləri ənənələr görməzlikdən gəlinib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər