Bəşər Əsədin əmisinə 4 il həbs cəzası verilib
Tarix: 09-09-2021 17:57 | Bölmə: Dünya
Bəşər Əsədin əmisinə 4 il həbs cəzası verilib

Paris Apellyasiya Məhkəməsi Suriya prezidenti Bəşər Əsədin əmisi ilə bağlı aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Reyting.az
AFP-yə istinadla xəbər verir ki, o, dövlət vəsaitindən istifadə edərək milyonlarla avro Fransa mülkünü əldə etməkdə təqsirli bilinib.

Məhkəmə Rifat Əsədin 4 illik həbs cəzasını da təsdiqləyib.

Baxmayaraq ki, 84 yaşlı keçmiş hərbi komandan ahıl yaşına görə cəzanı çəkməyəcək.

Bu qərar Rifat Əsədin Fransada təxminən 90 milyon avro dəyərində olan bütün əmlakının ələ keçirilməsinə yol açır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər