Blinken: “Tayvan və Ukrayna qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik"
Tarix: 14-09-2021 10:03 | Bölmə: Dünya
Blinken: “Tayvan və Ukrayna qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik"

“Vaşinqton Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini tam yerinə yetirmək niyyətindədir”,

Reyting.az
xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibi Entoni Blinken Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda bildirib.

Konqresmen Brayan Fitzpatrik Blinkendən soruşub ki, Vaşinqton rəhbərliyi Rusiyanın təcavüzü halında Ukraynadakı və Çinin təcavüzü halında Tayvandakı dostlara dəstək vermək üçün əlindən gələni etmək niyyətində olduğunu təsdiq edə bilərmi?

“Bəli. Tayvan və Ukrayna qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik”-deyə, Blinken sualı cavablandırılb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər