Təhlükəsizlik Şurası katibləri görüşüb
Tarix: 15-09-2021 17:45 | Bölmə: Dünya
Təhlükəsizlik Şurası katibləri görüşüb

Bu gün Tacikistanın paytaxtı Düşənbədə Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası çərçivəsində Təhlükəsizlik Şurası (TŞ) Katibinin ikitərəfli görüşü keçirilib.

Reyting.az
xəbər verir ki, Ermənistan TŞ katibi Armen Qriqoryan və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb.

Armen Qriqoryan bildirib ki, Ermənistan ilə Rusiya arasında təhlükəsizlik sahəsində əlaqələrin inkişafında maraqlıdır.

Daha sonra tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Nikolay Patruşev blokadadan çıxma prosesi çərçivəsində işlərin davam etdirilməsinin vacibliyini qeyd edərək bunun bölgədə sabit sülhün təmin edilməsi üçün bir fürsət yaradacağını vurğulayıb.

Nikolay Patruşev, Dağlıq Qarabağ münaqişəsinin həlli səylərinə toxunaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində prosesin aktivləşdirilməsinin vacibliyini qeyd edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər