ABŞ kəşfiyyatı COVİD-19-dan daha əvvəl xəbərdar olub
Tarix: 16-09-2021 09:24 | Bölmə: Dünya
ABŞ kəşfiyyatı COVİD-19-dan daha əvvəl xəbərdar olub

ABŞ-da yaşayan çinli müxalif və insan haqları fəalı Vey Cinşen Amerika kəşfiyyat orqanlarına hələ 2019-cu ilin noyabr ayında - Uhandakı hadisənin ictimailəşməsindən bir ay əvvəl - koronavirusun yayılması barədə məlumat çatdırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “New-York Post” qəzeti yazıb.

Dissident sirli yeni xəstəlik haqqında ilk dəfə 2019-cu ilin oktyabr ayında Uhan şəhərində keçirilən Dünya Yay Oyunlarında Pekindəki yüksək səviyyəli şəxslərdən eşitdiyini söyləyib. O, bununla bağlı məlumatı çinli hüquq müdafiəçisi Dimon Lyu və əri, keçmiş CIA agenti Robert Süttingerə də məlumat ötürüb.

Lyu, öz növbəsində, bir tanışı ilə danışdıqdan sonra o vaxt ABŞ prezidenti Donald Trampın Milli təhlükəsizlik müşavirinin müavini Matt Pottingerə verməyi planlaşdırdığı bir hesabat hazırladığını söyləyib. Amma qadın yeni infeksiya ilə bağlı məlumatların doğru olmadığını düşünərək bunu etməyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər