Riqa şəhərinə ordu yeridilib - Video
Tarix: 16-09-2021 11:20 | Bölmə: Dünya
Riqa şəhərinə ordu yeridilib

Latviyanın paytaxtı Riqada ordu birləşmələri qəfil şəhər küçələrinə çıxaraq döyüşə hazır vəziyyət alıb. Ordu birliklərinin küçələri tutması, atəş açması Avropanın bu kiçik şəhərinin sakinləri arasında gərginliyə səbəb olub. Fotolardan döyüş meydanını xatırladan Riqada insanların körpələrini qucaqlarayaq qaçmağa çalışdığı görünür. Əvvəlcə insanlar nəyin baş verdiyini anlamayıblar.

Reyting.az
-ın məlumatına görə, ordu şəhərdə strateji küçələri, obyektləri nəzarətə götürdükdən və lazımi postlar qurduqdan sonra Latviya hökuməti və ordusu tərəfindən açıqlama verilib.

Riqada baş tutan sürpriz hərbi təlim, əsgərlərin paytaxt küçələrində boş mərmilər atması insanların ciddi narazılığı ilə qarşılanıb. Qısa müddətdə şəhər sanki döyüş meydanına çevrilib. Silahlı əsgərlərin təlimlər barədə xəbərdarlıq edilməyən vətəndaşlar arasına çıxması və mərmilər atması qeyri-adi təlim sayıla bilər.

NATO ölkələri tərəfindən həyata keçirilən döyüş oyunları çərçivəsinin bir hissəsi olaraq mülki insanlar döyüş təlimləri keçirən və pozuntular törədən əsgər qrupları arasında görüntüləniblər.

Hərbi oyunlar başa çatdıqdan sonra hökumət bunun hərbi təlim olduğunu açıqlayıb. Ölkə vətəndaşları isə uşaqları dəhşətə gətirən görüntülərə görə, hökuməti sərt tənqid ediblər. Ordu açıqlama verərək təlimlər zamanı boş mərmilərdən istifadə edildiyini bildirib və narahatlığa görə paytaxt sakinlərindən üzr istəyib.

Latviya Müdafiə Nazirliyinin rəsmi saytında təlimlərin ölkə üçün gərəkli olduğunu, şəhər sakinləri üçün təhdid yaratmadığını bildirərək əhalini “təlimlərə görə, sakit və anlayışlı” olmağa dəvət edib.

Xatırladaq ki, Riqadakı bu təlimlər Rusiyanın liderliyi ilə Belarus, Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanın 9 fərqli yerdə “Qərb-2021” hərbi təlimlərinin keçirməsi ilə eyni vaxtda olub.

Onu da qeyd edək ki, Latviyanın Xarici işlər naziri Edqars Rinkevic “Qərb-2021” təlimlərindən danışarkən bunun sərhəd böhranı yaratdığını bəyan edib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər