Paşinyan Rəisi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyəti müzakirə edib
Tarix: 17-09-2021 10:32 | Bölmə: Dünya
Paşinyan Rəisi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyəti müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Tacikistana səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Ermənistan KİV-ləri xəbər verir ki, görüş zamanı İranla Ermənistan arasında iqtisadi münasibətlərin inkişafı müzakirə olunub.

Paşinyanın Rəisi ilə Gorus-Qafan yolunda yaranmış vəziyyəti də müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, Tacikistanda işgüzar səfərdə olan Paşinyan sentyabrın 16 -da Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər