Rusiyada 18 yaşlı gənc universiteti qana boyayıb: ölən və yaralıların sayı artır - Yenilənib
Tarix: 20-09-2021 13:50 | Bölmə: Dünya
Rusiyada 18 yaşlı gənc universiteti qana boyayıb: ölən və yaralıların sayı artır

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

Reyting.az TASS-a istinadla xəbər verir ki, ölənlərin sayı 8-ə çatıb.

Hücum nəticəsində 28 nəfər yaralanıb.

Məlumatda o da deyilir ki, Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. Hhüquq-mühafizə orqanları terrorçunu yaralayaraq saxlaya bilib.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

Perm Dövlət Universitetində naməlum şəxs travmatik silahdan atəş açıb.

TASS-ın xəbərinə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər